İqtisadiyyat

İstehlakçılara geri qaytarılan ƏDV-nin həcmi açıqlandı

İndiyədək Naxçıvan MR-də “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 2,6 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.

AZERFAX.az xəbər verir ki, Dövlət Vergi Xidmətindən verilən məlumata görə, bu ilin yanvar-mart aylarında istehlakçılara qaytarılan məbləğ ötən ilin eyni dövrünə nisbətən 15,6 faiz artaraq 369 min manat olub.
Əlavə olaraq, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Belə ki, bu ilin yanvar-mart aylarında belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 101,5 milyon manat təşkil edib ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 11,1 faiz çoxdur.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button