Ölkə
Şenol Güneş bu kluba keçir


Türkiyənin “Trabzonspor” klubunda baş məşqçi Fatih Tekke ilə yolların ayrılmasının ardından komandanın yeni çalışdırıcısı ilə bağlı iddia ortaya atılıb.
AZERFAX.AZ xəbər verir ki, “Trendyol Super Liqa”nın 5-ci turunda səfərdə “Konyaspor”a 1:0 hesabı ilə məğlub olan “Trabzonspor”da bu nəticədən sonra hərəkətli saatlar yaşanır.
Fatih Tekke ilə yolların ayrılmasından sonra komandanın başında müvəqqəti olaraq Hüseyn Çimşir dayanıb.
“beIN Sports”un məlumatına görə, Trabzonspor rəhbərliyi təcrübəli mütəxəssis Şenol Günəşlə anlaşmağa çox yaxındır.



