Ölkə

İranda həftədə bir gün avtomobil qadağa edilir

İran Prezidenti Məsud Pezeşkianın təlimatı ilə ölkənin bütün dövlət qurumlarında həftədə bir dəfə “avtomobilsiz gün” tətbiq olunacaq.

AZERFAX.AZ Tasnim-ə istinadən xəbər verir ki, yeni qaydanın əsas məqsədi ölkədə yanacaq sərfiyyatının azaldılmasıdır.

Qərara əsasən, həftənin müəyyən bir günü dövlət qurumlarının əməkdaşlarının şəxsi avtomobillərdən istifadə etməməsi nəzərdə tutulur. Eyni zamanda, bəzi dövlət qurumlarında həmin gün işçilərin onlayn rejimdə çalışması planlaşdırılır.

Qeyd olunur ki, bu tədbir yanacaq istehlakının optimallaşdırılması və enerji resurslarına qənaət məqsədi daşıyır.

Related Articles

Bir cavab yazın

Back to top button