AZERFAX TV
Xidmətçi damdan yıxıldı, reanimasiyaya yerləşdirildi

Kıvanç Tatlıtuğun İstanbulun Göktürk bölgəsindəki evində təmizlik zamanı damdan yıxılan Türkmənistan vətəndaşı Bahadur Yangibayev ağır yaralanıb və reanimasiyaya yerləşdirilib.
AZERFAX.AZ xəbər verir ki, hadisə avqustun 31-də baş verib. Məlumata görə, Yangibayev təmizlik işi görərkən dama çıxıb və müvazinətini itirərək yerə düşüb.
Hadisə ilə bağlı saxlanılan təmir firmasının sahibi A.A. prokurorluqda ifadə verdikdən sonra sərbəst buraxılıb.
Bundan sonra A.A. Kıvanç Tatlıtuğ və onun vəkili İ.A. barədə prokurorluğa müraciət edib. O, müraciətində hadisə ilə bağlı məsuliyyətdən azad ediləcəyinə dair ona vəd verildiyini və bununla bağlı sənəd imzalamağa məcbur edildiyini bildirib.



