Region

Şəmkirdə 24 yaşlı gənci qatar vurub öldürdü

Şəmkirdə qatar 24 yaşlı oğlanı vurub. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə hadisə rayonun Sabirkənd kəndində baş verib. Bakı-Tbilisi-Bakı sərnişin qatarı Bakı şəhəri istiqamətində hərəkətdə olan zaman kənd sakini, 2002-ci il təvəllüdlü Rahil Vəliyevi vurub. 24 yaşlı gənc aldığı xəsarətlərdən elə hadisə yerində dünyasını dəyişib. Əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma başlanılıb.

Related Articles

Bir cavab yazın

Back to top button