Region

Göygöldə “Birgəyaşayış mədəniyyəti cəmiyyətin mənəvi dayağı kimi” mövzusunda regional konfrans keçirilib

Oktyabrın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Göygöl rayonunda “Birgəyaşayış mədəniyyəti cəmiyyətin mənəvi dayağı kimi” mövzusunda regional konfrans keçirilib.
Tədbirdən öncə konfrans iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Göygöl şəhərində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Regional konfransda ictimaiyyət nümayəndələri, ilahiyyatçılar, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi və şəhidlərinin ruhunun bir dəqiqəlik sükutla anılması ilə başlayıb. Sonra Zəfər gününə həsr olunmuş videoçarx nümayiş olunub.
Açılış nitqi ilə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov və Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Kamran Bayramov çıxış ediblər.
Konfrans işini “Müxtəliflik şəraitində birgəyaşayış və qarşılıqlı hörmət” və “Fərqli inanclar, ortaq dəyərlər: müasir çağırışlar fonunda birgə məsuliyyət” mövzuları üzrə panel müzakirələrlə davam edib.

Related Articles

Bir cavab yazın

Back to top button