Ölkə

Şəkidə 4 yaşlı uşağı küçə iti dişlədi

Şəkidə azyaşlı küçə itinin hücumuna məruz qalıb.

AZERFAX.AZ Report-a istinadən xəbər verir ki, hadisə bu gün şəhərin Salman Mümtaz küçəsində baş verib.

Belə ki, Bakı şəhər sakini olan 4 yaşlı S.B-ni küçə iti dişləyib.

Azyaşlı Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona sağ budun yuxarı üçdəbir hissəsinin deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Back to top button