Ölkə
Masallıda 5 kiloqramdan artıq narkotik aşkarlandı


Masallıda polis narkotiklərin qanunsuz dövriyəsinin qarşısının alınması istiqamətində əməliyyat keçirib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə DİN mətbuat xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.
Bildirilib ki, əməliyyat zamanı saxlanılan M.Zöhrabzadədən 5 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.



