Ölkə

Bu şəxslərin pensiyası dayandırıla bilər


Əlilliyə görə təyin olunan və dövlət tərəfindən verilən pensiya və müavinətlərin davam etməsi müəyyən şərtlərə bağlıdır. Bəs hansı halda əlilliyə görə verilən pensiya dayandırıla bilər?

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov AZERFAX.AZ-a açıqlamasında bildirib ki, əlilliyə görə əmək pensiyası bir neçə halda dayandırıla bilər:


“İlk növbədə, növbəti tibbi-sosial ekspertiza müayinəsi zamanı şəxsin sağlamlığının bərpa olunduğu və ona əvvəl təyin edilmiş əlillik dərəcəsinin artıq qüvvədə olmadığı müəyyən edilərsə, əlillik ləğv olunur və bu əsasla pensiyanın verilməsi dayandırılır. Həmçinin müəyyən edilsə ki, şəxs əlillik statusunu saxta və ya düzgün olmayan sənədlər təqdim etməklə əldə edib, bu halda da əlillik ləğv edilir və əmək pensiyası kəsilir”.

Sevinc İbrahimzadə / AZERFAX.AZ



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button