Ölkə

Cəbrayılda minaya düşən şəxs şəhid övladı imiş


Cəbrayıl rayonu ərazisində minaya düşən Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Xankişiyev Heydər Əli oğlu şəhid övladıdır.

AZERFAX.AZ Xezerxeber.az-a istinadən xəbər verir ki, Heydər Xankişiyev İmişli rayonunun Sarıxanlı kənd sakinidir.

O, Birinci Qarabağ müharibəsinin şəhidi Xankişiyev Əli Şahlar oğlunun övladıdır.

Əli Xankişiyev İmişli Rayon Polis Şöbəsinin əməkdaşı olub.

Polis baş çavuşu olmuş Əli Xankişiyev 1991-ci ilin 14 noyabrında Cəbrayıl rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Qeyd edək ki, ANAMA-nın yaydığı məlumata görə, işgaldan azad edilmiş Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində mina hadisəsi baș verib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button