Cəzaçəkmə müəssisəsinə telefon keçirilməsinin qarşısı alındı

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb.
AZERFAX.AZ xəbər verir ki, məhkumla qısamüddətli görüşə gəlmiş anasının üzərinə və əşyalarına baxış keçirilən zaman ona məxsus əl çantasının gizlisaxlanc yerində gizlədilmiş, daxilində danışıq kartı olan 1 ədəd “Samsung” markalı mobil telefon aparatı aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Cəzaçəkmə müəssisələrində və ya istintaq təcrid xanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və yaötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



