Çaylarda sululuq artdı

Çaylarda sululuq artıb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, yağan leysan xarakterli intensiv yağışlar nəticəsində hazırda Tovuz rayonu ərazisindən axan Zəyəmçay çayından sel keçir.
“Böyük Qafqaz ərazisindən axan Qarasuçayda 35 sm, Kiçik Qafqaz ərazisindən axan Kürəkçayda 10 sm, Gəncəçayda 3 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Zabuxçayda 26 sm, Oxçuçay və Həkəriçayda 3 sm, Tərtərçay və Tutqunçayda 2 sm, Kür çayının aşağı axınında Kür-Zərdabda 50 sm, Kür-Surrada 23 sm, Kür-Şirvanda 14 sm, Kür-Bankədə 6 sm, Kür-Salyanda 4 sm, Kür-Yevlaxda 2 sm, Lənkəran-Astara bölgəsinin ərazisindən axan Lənkərançayda 3 sm artım qeydə alınıb
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.