Şou Biznes

Ceyson Steytem Antalyada dincəlir – FOTO

Məşhur kino ulduzu Ceyson Steytem yay tətilini Antalyada keçirir.

AZERFAX.AZ xəbər verir ki, ingiltərəli aktyor istirahət üçün seçdiyi hoteldən paylaşım edərək izləyicilərinə Türkiyədə olduğunu bildirib.
Daha əvvəl rejissor Qay Riçinin “Sərvət Əməliyyatı” filmi üçün Antalyaya gələn Steytem bu dəfə ailəsi ilə istirahət məqsədilə şəhərdədir. Təbii gözəllikləri ilə tanınan bölgədə dincələn ulduz aktyorun paylaşımı sosial şəbəkələrdə maraqla qarşılanıb.

Karyerası ərzində “Sürətli və Qəzəbli 10”, “Cəhənnəm Mələkləri”, “Tətikçi”, “Parker” və “Ölüm Yarışı” kimi məşhur filmlərlə yadda qalan aktyor aksion janrının sevilən simalarından sayılır.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button