Ölkə

Daha bir cüdoçumuz medal qazandı

Azərbaycan cüdoçuları Fransanın paytaxtı Parisdə keçirilən “Böyük Dəbilqə” turnirinin ilk gününü iki medalla başa vurublar.

AZERFAX.AZ xəbər verir ki, Ruslan Paşayev (66 kq) bürünc medal qazanıb.

Daha əvvəl Balabəy Ağayev (60 kq) qızıl mükafata sahib çıxıb.

Nazir Talıbov (66 kq) 1/16 final mərhələsində Migel Qaqoya (Portuqaliya) uduzub.

Qeyd edək ki, “Böyük Dəbilqə” fevralın 8-də başa çatacaq. Azərbaycan yarışda səkkiz cüdoçu ilə təmsil olunur.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button