Şou Biznes

Dünyanın ən gözəl qızı o oldu

72-ci Dünya Gözəllik müsabiqəsinin, “Miss World 2025” titulunun qalibi seçilib.

AZERFAX.az xarici KİV-ə istinadən xəbər verir ki, bu il keçirilən müsabiqənin qalibi Tayland təmsilçisi Suçata Çuanqsri olub.

İkinci yerə Efiopiya təmsilçisi Hasset Dereje Admassu, üçüncü yerə isə Polşanı təmsil edən Maya Klajda layiq görülüb.

Suçata Çuanqsri yalnız xarici görünüşü ilə deyil, həm də intellekti, ictimai çıxış bacarığı və sosial həssaslığı ilə münsiflər heyətinin rəğbətini qazanıb. Onun təqdim etdiyi xeyriyyə layihəsi təhsil və qadın hüquqları mövzusuna həsr olunub və beynəlxalq aləmdə rezonans doğurub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button