Texnologiya

ETX: İctimai məkanlarda saxta QR-lar vasitəsilə vətəndaşlar aldadılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Elektron Təhlükəsizlik Xidməti (ETX) vətəndaşları küçə, dayanacaq, park və digər ictimai məkanlarda saxta QR-lara qarşı diqqətli olmağa çağırıb.

AZERFAX.az xəbər verir ki, bu barədə ETX-ə məlumat yayıb.

Bildirilib ki, son zamanlar küçə, dayanacaq, park və digər ictimai məkanlarda, eləcə də sosial şəbəkələrdə “SCAN ME” şüarı ilə yayımlanan rəngli QR-kod afişalarına rast gəlinir. Həmin QR-lar vasitəsilə vətəndaşlar iş təklifi, endirim kampaniyası və ya karyera imkanı ilə bağlı saxta “Telegram” kanallarına yönləndirilir və sosial mühəndislik üsulları ilə fərdi məlumatlarının təqdim olunması istənilir.

Vətəndaşlardan əsasən bank kartı məlumatları, şəxsiyyət vəsiqəsinin surəti, şəxsi şəkilləri (selfie) və SMS-lə göndərilən doğrulama kodları tələb olunur. Bu məlumatlar vasitəsilə bank hesablarına çıxış əldə edilməsi, onlayn kredit rəsmiləşdirilməsinə cəhdlər edilir.

Xidmət vətəndaşlara təsadüfi küçə afişalarında və ya sosial şəbəkələrdə yayılan naməlum QR-lara qarşı diqqətli olmağı, tanımadıqları mənbələrdə heç bir halda bank kartı və digər fərdi məlumatlarını paylaşmamağı tövsiyə edir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button