Ölkə

Rusiya və Ukrayna arasında əldə edilən atəşkəsin detalları

ABŞ-nin birinci xanımı Melaniya Trampın vasitəçiliyi ilə Rusiya və Ukrayna Xerson vilayətinin Alyoşki şəhərində müvəqqəti atəşkəs barədə razılığa gəliblər.

AZERFAX.AZ xəbər verir ki, Ağ Evin rəsmi saytında yayımlanan məlumata görə, razılaşma oktyabrın 29-dan qüvvəyə minəcək. Tərəflər şəhərdə hərbi əməliyyatları müvəqqəti dayandıraraq humanitar yardımın çatdırılmasına və dinc sakinlərin xüsusi dəhliz vasitəsilə təxliyəsinə şərait yaratmağı öhdələrinə götürüblər. Ağ Evin açıqlamasında qeyd olunub ki, Melaniya Tramp və onun nümayəndəsi atəşkəsin şərtlərini müəyyənləşdirmək üçün Rusiya və Ukrayna rəhbərliyi ilə birbaşa danışıqlar aparıblar.

ABŞ-nin birinci xanımı bildirib ki, hər iki ölkənin mülki rəhbərləri sakinlərin ehtiyaclarını müəyyənləşdirmək üçün Alyoşkidə evlərə birgə baş çəkəcəklər. Onun sözlərinə görə, təxliyə olunmaq istəyən vətəndaşlara lazımi dəstək göstəriləcək, həmçinin onların seçdikləri istiqamətə getmələri üçün nəqliyyat təmin olunacaq.

Related Articles

Bir cavab yazın

Back to top button