Ölkə
Əli Hüseynli Macarıstan Prezidenti tərəfindən ordenlə təltif olundu

Azərbaycan-Macarıstan Parlamentlərarası Dosluq Qrupunun sədri Əli Hüseynli Macarıstan Prezidenti Tamaş Şuyok tərəfindən “Xidmətlərə görə ulduzlu komandor xaçı” ordeni ilə təltif olunub.
AZERFAX.AZ xəbər verir ki, orden Əli Hüseynliyə Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma tərəfindən Bakıda Macarıstanın Milli Günü və 1956-cı il inqilabının ildönümü münasibətilə keçirilən tədbirdə təqdim olunub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.