Dünya

Elm adamları ABŞ-ni tərk edir

Avropa ölkələri ABŞ administrasiyasının elmi araşdırmalar sahələrindəki məhdudiyyətləri və maliyyəni azaltması səbəbindən işdən çıxan elm adamlarını qəbul edəcək.

AZERFAX.AZ xəbər verir ki, Donald Trampın atdığı siyasi addımlar elmi dairələrdə narahatlıqla qarşılanıb. Tramp administrasiyasının verdiyi qərarlarla ölkədəki bəzi laboratoriyalar bağlanıb, bəzi tədqiqat sahələrinəə maliyyə dayandırılıb. ABŞ Müdafiə Nazirliyi də 90-dan çox tədqiqatı, o cümlədən iqlim dəyişikliyinin təsirləri ilə bağlı araşdırmaları dayandırdığını açıqlayıb. “Nature” elmi araşdırma jurnalının sorğusuna əsasən, ABŞ-də hər 4 tədqiqatçıdan 3-ü hökumətin məhdudlaşdırıcı tədbirlərindən sonra ölkəni tərk etmək istəyir. Sorğuda iştirak edən 1650 nəfərdən 1200-dən çoxu Kanada, Avropa və ya Avstraliyaya getmək istəyir.
Digər tərəfdən, ABŞ-nin aparıcı universitetlərində çalışan professor və akademiklərin başqa ölkədə işləmək üçün müraciət etmələri ilə bağlı xəbərlər dərc edilib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button