İqtisadiyyat
Pomidor çox ixrac olunsa da qiyməti aşağı olub.

Azərbaycan bu ilin birinci rübündə 36 min 100.84 ton pomidor ixrac edib.
AZERFAX.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin açıqladığı hesabata görə, bu, ötən ilin uyğun dövrü ilə müqayisədə 3 min 952 ton və ya 12.3 faiz çoxdur.
Ancaq ixrac olunan pomidorun statistik dəyəri azalıb. Belə ki, bu ilin birinci rübündə pomidor ixracından qazanc 471,4 min dollar və ya 1 faiz azalaraq 44 milyon 569.99 min dollar olub.
2024-cü ilin birinci rübündə pomidor ixarcından qazanc 45 milyon 41.39 min dollar olmuşdu. (teleqraf.az)
AZERFAX.az