Ölkə

Əmək müqaviləsiz işləyənlər əmək haqqını tələb edə bilər?


Bəzi işəgötürənlər əmək münasibətlərini rəsmiləşdirməyərək işçiləri mülki-hüquqi müqavilələrlə işlətməyə üstünlük verir. Əmək müqaviləsi olmadan çalışan şəxslər əmək haqqını tələb etmək və hüquqlarını qorumaq məsələsində çətinliklərlə üzləşirlər.

Mövzu ilə bağlı Mövzu ilə bağlı Hüquqşünas Elşad İsayev AZERFAX.AZ-a açıqlama verib.


Onun sözlərinə görə, bəzi hallarda işçilərlə əmək müqaviləsi bağlanılmır və ya onlar faktiki olaraq əmək münasibətinə cəlb olunsalar da mülki-hüquqi müqavilələrlə rəsmiləşdirilir:

“Belə olduqda işçi qanunla müəyyən edilmiş bir sıra hüquq və imtiyazlardan məhrum olur, müəssisə isə müvafiq orqanlar tərəfindən müxtəlif inzibati və cinayət məsuliyyətinə cəlb olunur. Qanunvericilikdə nəzərdə tutulan güzəşt və imtiyazlar əmək müqaviləsi əsasında çalışanlara şamil edilir. Yəni, kimsə qeyri-formal məşğul şəxsdirsə və mülki-hüquqi müqavilə əsasında xidmət göstərirsə, həmin güzəşt və imtiyazlardan məhrum olur”.

Hüququşünas Əmək Məcəlləsinin 3-cü maddəsində işçi anlayışına aydınlıq gətirib:

“Əmək Məcəlləsinin 3-cü maddəsində qeyd olunub ki, işçi – işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Göründüyü kimi, işçinin faktiki olaraq hər hansı bir işəgötürənlə əmək münasibəti olmasına baxmayaraq, o, qeyri-formal formada çalışırsa və ya mülki-hüquqi müqavilə əsasında çalışırsa, bu halda o, Əmək Məcəlləsinin tələblərinə əsasən işçi hesab edilmədiyi üçün əmək qanunvericiliyi üzrə müəyyən olunmuş hüquqlar ona şamil edilmir”.

Ülkər Cəlilzadə / AZERFAX.AZ



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button