Ərdoğan hörmətə layiq inanılmaz liderdir

NATO-nun baş katibi Mark Rutte Xarici İşlər Nazirlərinin Qeyri-rəsmi Toplantısı üçün gəldiyi Antalyada açıqlamalar verib.
AZERFAX.AZ xəbər verir ki, o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO-da hörmətə layiq inanılmaz lider olduğunu ifadə edib. Onun sözlərinə görə, Ərdoğan həmkarları tərəfindən də hörmət edilən liderdir. Rutte, Ərdoğanla görüşünün səmimi keçdiyini qeyd edərək, “Türkiyə NATO daxilində bir çox cəbhələrdə böyük rol oynayır” – deyə bildirib. Ukrayna ilə Rusiya arasında danışıqlarda irəliləyiş olduğunu qeyd edən Rutte, məsələ ilə bağlı bağlı məhsuldar toplantıların həyata keçirildiyini ifadə edib.
Rutte bildirib ki, ABŞ Prezidenti Donald Trampın vasitəsilə tərəflər arasında yenidən dialoq qurmaq mümkün olub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.