Ərdoğan ŞKTC-nin yeni prezidentini təbrik etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi olmayan nəticələrə görə Şimali Kipr Türk Cumhuriyyətinin prezidenti seçilən Tufan Erhürmanı təbrik edib.
AZERFAX.AZ xəbər verir ki, Ərdoğan paylaşımında bundan sonra da Şimali Kipr Türk Cumhuriyyətinə dəstək verməyə davam edəcəyini vurğulayıb:
“Bu gün Şimali Kipr Türk Cümhuriyyətində keçirilən seçkilərdə rəsmi olmayan nəticələrə görə Prezident seçilən cənab Tufan Erhürmanı təbrik edirəm.
Şimali Kipr Türk Cümhuriyyətinin sahib olduğu demokratik yetkinliyi bir daha göstərən, Kipr türkü qardaşlarımızın iradəsini sandığa əks etdirdiyi bu seçkinin ölkələrimiz və bölgəmiz üçün xeyirli olmasını arzulayıram.Türkiyə olaraq, Şimali Kipr Türk Cümhuriyyətinin suverenlik hüquqlarını və maraqlarını Kipr türkü qardaşlarımızla birlikdə hər cür platformada müdafiə etməyə davam edəcəyik”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.