Ermənistan Vaşinqtonda Bakı ilə əldə edilmiş razılaşmalara sadiqdir

Ermənistan ABŞ-də Azərbaycanla əldə edilmiş razılaşmalara sadiqdir və onları tez bir zamanda həyata keçirməyə qərarlıdır.
AZERFAX.AZ xəbər verir ki, bunu Çində keçirilən “ŞƏT+” sammitində Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
“Ermənistan Respublikasının əldə edilmiş razılaşmalara sadiqliyini təsdiqləmək istəyirəm və biz onları ən qısa müddətdə həyata keçirməyə qərarlıyıq. Bütün bunların nəticəsində təkcə Ermənistan və Azərbaycan arasında daxili, ikitərəfli və beynəlxalq səviyyədə əlaqə açılmayacaq, həm də Şanxay Əməkdaşlıq Təşkilatının bütün üzv dövlətləri, o cümlədən qonşularımız və Azərbaycanın ən yaxın qonşuları üçün yeni logistik imkanlar yaradılacaq”, – Baş nazir bildirib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.