Ölkə

Barselona darmadağınla qalib gəldi, PSJ -dən inamlı qələbə – video

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk matçlarına yekun vurulub.

AZERFAX.az xəbər verir ki, aprelin 9-da daha iki qarşılaşma keçirilib.

“Barselona” İspaniyada Almaniyanın “Borussiya Dortmund” klubunu qəbul edib. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb – 4:0. Qollardan 2-ni Robert Levandovski, digərlərini Rafinya və Lamin Yamal vurub.

Bununla da Rafinya qol sayını 12-yə çatdıraraq, Çempionlar Liqasının bombardirlər siyahısında liderliyini davam etdirib. İkinci yerdə 11 qolla Levandovski qərarlaşıb.

Gecənin digər matçında da 4 qol vurulub. PSJ Fransada İngiltərə “Aston Villa”sı üzərində inamlı qələbə qazanıb – 3:1. Qollardan birini gürcüstanlı futbolçu Xviça Kvaratsxeliya vurub.

Cavab görüşləri aprelin 15-də olacaq.

UEFA Çempionlar Liqası

1/4 final, ilk oyunlar

9 aprel

“Barselona” (İspaniya) – “Borussiya Dortmund” (Almaniya) – 4:0

Qollar: Rafinya, 25. Robert Levandovski, 48; 66. Lamin Yamal, 77

PSJ (Fransa) – “Aston Villa” (İngiltərə) – 3:1

Qollar: Dezire Due, 39. Xviça Kvaratsxeliya, 49. Nunu Mendeş, 90+2 – Morqan Rocers, 35

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button