Hadisə

Gəncədə ağır qəza – ölən və yaralananlar var.

Gəncə iki avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb,  3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə hadisə şəhərin Yeni Gəncə qəsəbəsində baş verib. Hərəkətdə olan “VAZ2107” markalı avtomobillə “Chevrolet” markalı maşının toqquşması nəticəsində 1985-ci il təvəllüdlü Jalə Nəbiyeva  hadisə yerində ölüb.

1988-ci il təvəllüdlü Amil Rüstəmov, Xoşqədəm Rüstəmova, həmçinin Goranboy rayon sakini 1988-ci il təvəllüdlü Vüsal Bayramov xəsarət alıblar   Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib. Vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

AZERFAX.az Qərb Bürosu

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button