Gəncədə davada xəsarət alanların vəziyyəti necədir?

Dünən Gəncədə Atatürk prospektində baş verən mübahisədə bıçaq xəsarəti alan şəxslərlə bağlı rəsmi açılqma verilib. Gəncə Şəhər Birləşmiş Xəstəxanasından AZERFAX.az-ın yerli bürosuna verdiyi məlumata görə 28.04.2025-ci il tarixində saat 18:40 radələrində 2 nəfər Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
“Döş qəfəsinin sağ tərəfinin daxilə keçən hissəsinin kəsilmiş-deşilmiş yarası, divar aralığının yaralanması diaqnozu təyin edilən 1995-ci il təvəllüdlü şəxsin (kişi cinsli) reanimasiya tədbirlərinə baxmayaraq, 19:00 radələrində ölüm faktı qeydə alınıb. Belin açıq yarası diaqnozu təyin edilən 1994-cü il təvəllüdlü şəxsə (kişi cinsli) ilkin tibbi yardım göstərilib. Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya olunan şəxsin müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır” deyə məlumatda bildirilir.
AZERFAX.az Qərb Bürosu