Ölkə

Həmin sürücü ilə bağlı həqiqət üzə çıxdı


Xəbər verdiyimiz kimi, bu gün Bakıda “BYD” markalı avtomobil Ələsgər Qayıbov küçəsindən sürətlə hərəkət edərək Heydər Əliyev prospektinin kənar yolunu kəsdiyi beton maneəni dağıdaraq prospektin əsas hissəsinə düşüb.

AZERFAX.AZ Qafqazinfo.az-a istinadən xəbər verir ki, “BYD” markalı avtomobilin sürücüsünün ayağında elektron qolbaq olub. Onun azadlığı Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən (dələduzluq) məhdudlaşdırılıb.


O da məlum olub ki, sürücü avtomobili başqa bir şəxsin adından qeydiyyatdan keçərək idarə edib.

Qeyd edək ki, bu cür hallar “Bolt” şirkətində tez-tez rast gəlinir. Belə ki, bir çox hallarda sərnişinlər taksi sifariş edərkən tətbiqdə göstərilən avtomobil və sürücü ilə rastlaşmırlar ki, bu da bir sıra narazılığa səbəb olub.

Hazırda qəzanın baş vermə səsəbləri araşdırılır.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button