Harada neçə yaşda təqaüdə çıxırlar?

Bir çox ölkələrdə əhalinin yaşlanması və orta ömür uzunluğunun artması pensiya sistemlərinə təzyiqi artırır. Bu səbəbdən hökumətlər sosial təminat sisteminin dayanıqlığını qorumaq məqsədilə pensiya yaşını mərhələli şəkildə yüksəldir və ya mövcud qaydaları yenidən nəzərdən keçirirlər.
Artan həyat müddəti fonunda bir çox ölkələr pensiya islahatlarını sürətləndirir.
AZERFAX.AZ dünyanın müxtəlif ölkələrində tətbiq olunan pensiya yaş hədlərini təqdim edir.
ABŞ
Amerika Birləşmiş Ştatlarında pensiya yaşı insanın doğum ilindən asılı olaraq dəyişir.
1943-1954-cü illərdə doğulanlar üçün – 66 yaş
1955-1960-cı illərdə doğulanlar üçün – 66-67 yaş aralığı
1960 və daha sonra doğulanlar üçün – 67 yaş
ABŞ-də pensiya yaşı bir çox Avropa ölkələri ilə müqayisədə yüksək olsa da, Yaponiya, Yeni Zelandiya (68 yaş) və İndoneziya (69 yaş) kimi ölkələrdə bu hədd daha yuxarıdır. İslandiya və Norveç isə 67 yaşla ən yüksək pensiya yaşına malik ölkələr sırasındadır.
Fransa
Fransada 2023-cü ildə həyata keçirilən pensiya islahatı minimum pensiya yaşını 62-dən 64-ə yüksəltdi. Bununla yanaşı, daha erkən yaşda işləməyə başlayan şəxslərin müəyyən şərtlər daxilində erkən pensiyaya çıxmasına imkan verən qaydalar da mövcuddur. Lakin pensiya yaşının artırılması ölkədə genişmiqyaslı etirazlara və ixtişaşlara səbəb olub.
Çin
2024-cü ilin sentyabrında Çin hökuməti 1950-ci illərdən bəri ilk dəfə pensiya yaşına dair islahat qəbul etdi.
Göy yaxalı işçilər üçün (fiziki işçilər) – pensiya yaşı 50-dən 55-ə qaldırıldı.
Ağ yaxalı işçilər üçün (idarəetmə və ofis işçiləri) – 55-dən 58 yaşa yüksəldildi.
Kişilər üçün pensiya yaşı – 60-dan 63 yaşa artırıldı.
Bu dəyişikliklər Çində yaşlanan əhalinin iqtisadi təsirlərini azaltmaq məqsədi daşıyır.
Asiya ölkələrində pensiya yaşları nisbətən aşağıdır.
Çin, Hindistan və Cənubi Koreyada rəsmi pensiya yaşı 50-lərin sonu və 60-ların əvvəli arasında dəyişir.
Ən aşağı pensiya yaşı isə 55 yaşla Şri-Lankada tətbiq edilir.
Pensiya yaşlarının qaldırılmasının əsas səbəbləri bunlardır:
İnsan ömrünün uzanması və iş qabiliyyətinin daha uzun müddət qorunması
Pensiya fondlarının yükünün azaldılması
Əmək bazarında aktiv iştirakın stimullaşdırılması
Dünya üzrə ümumi tendensiya pensiya yaşının tədricən artırılması istiqamətindədir. Bu, həm iqtisadi sabitliyi qorumaq, həm də əhalinin uzunmüddətli sosial təminatını gücləndirmək məqsədi daşıyır. (publika. az)
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



