Ölkə
Husilər İsrail gəmisini vurdular

Yəmənin “Ənsarallah” Hərəkatı (husilər) Qırmızı dənizdə İsrailə məxsus “Scarlet Ray” neft tankerinə raket zərbəsi endirib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə hərəkatın sözçüsü Yəhya Sariya məlumat verib.
Husilərin sözçüsü hədəfin uğurla vurulduğunu iddia edib.
“Yəmən donanması Qırmızı dənizin şimalında İsrailin neft tankeri “Scarlet Ray”ə ballistik raket hücumu həyata keçirib”, – Sariya bildirib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.