“Real” Çempionlar Liqası ilə vidalaşdı, “İnter” və “Arsenal” yarımfınalda – VİDEO

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub. Cavab oyunları çərçivəsində 2 maraqla gözlənilən görüş keçirilib. AZERFAX.az xəbər verir ki, “Real” ilk matçda 0:3 hesabı ilə uduzduğu “Arsenal”ı “Santyaqo Bernabeu”da qəbul edib. London klubu bu dəfə də üstün olub (2:1) və ümumilikdə 5:1 hesablı qələbə ilə 1/2 finala adlayıb. “Arsenal” yarımfinalda PSJ-yə rəqib olacaq.
“Bavariya” isə “San Siro”da 1 həftə əvvəl məğlub olduğu “İnter”lə qarşılaşıb. Oyun 2:2 hesabı ilə yekunlaşıb və “İnter” növbəti mərhələyə yüksəlib. Milan təmsilçisi yarımfinalda “Barselona” ilə üz-üzə gələcək.
16 aprel
“Real” (İspaniya) – “Arsenal” (İngiltərə) – 1:2
Qollar: Vinisius, 67 – Saka, 65, Martinelli, 90+3
“Santyaqo Bernabeu”
İlk oyun – 0:3
“İnter” (İtaliya) – “Bavariya” (Almaniya) – 2:2
Qollar: Martinez, 58, Pavard, 61 – Keyn, 52, Dayer, 76
İlk oyun – 2:1
15 aprel
“Aston Villa” (İngiltərə) – PSJ (Fransa) – 3:2
İlk oyun – 1:3
“Borussiya” (Dortmund, Almaniya) – “Barselona” (İspaniya) – 3:1
İlk oyun – 0:4
Yarımfinal cütləri:
“Arsenal” (İngiltərə) – PSJ (Fransa)
“İnter” (İtaliya) – “Barselona” (İspaniya)