Dünya
İtaliyada 1 dollara evlər satılır

İtaliyanın Abruzzo bölgəsindəki qəsəbədə 1 dollara evlər satılır.
AZERFAX.AZ xəbər verir ki, evlərin ucuz satılması əhalinin azalması ilə bağlıdır. Yerli dairələr əhalinin azalmasının qarşısını almaq üçün tərk edilmiş evləri 1 avroya satır. Əsas şərt alınan evin bərpa olunmasıdır. Məlumata görə, qəsəbə Adriatik sahilləri ilə Qran Sasso dağ silsiləsi arasında yerləşir. Evi alan şəxsdən mənzilin təmir edilməsi üçün 2000-5000 min avro arası depozit ödəmələri tələb olunur. Evin təmiri yekunlaşandan sonra depozit geti qaytarılır.
Məlumata görə, qəsəbədə kiçik və orta ölçülü bir ev üçün əsas təmirin ilkin dəyəri təxminən 20000 avrodur. Yerli bələdiyyə təmirlə bağlı sakinlərə müxtəlif dəstəklər təklif edir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.