Şou Biznes

Damla: “Bizdə isə həmin insanlar haqqında “kim olmusan ki?” deyirlər – VİDEO

Baku TV-nin “Qapqara” verilişinin yeni buraxılışı yayımlanıb.

AZERFAX.az xəbər verir ki, proqramın budəfəki qonağı müğənni Damla olub. Allahı tanımaqla bağlı fikrini bildirən sənətçi onu təmənnasız sevdiyini söyləyib:

“Hərdən düşünürəm, nə olsun ki, arxamda çox güvənəcəyim dağ kimi adam yoxdur, Allah var, bəsdir. Hər şeydə ona arxayın oluram. Kimi Allahı qorxusundan, kimi işi düşdüyü üçün, kimi də təkliyinə görə, yaxud var-dövlətini itirməmək üçün tanıyır. Amma mənim onunla olan bağımda heç bir təmənna yoxdur”.

Müğənni zəhmətlə zirvəyə qalxan insanları keçmişdə məşğul olduğu işlərə görə qınayanlardan da gileylənib:

“Vaxtilə hansısa şirkətdə çalışan, satıcı olan, yaxud xadimə kimi işləyən insan illər sonra zəhmətlə, zülmlə tanınıb sevilirsə, onu keçmişi ilə vurmağın adı nədir?! Xaricdə belə adamlara qəhrəman kimi baxırlar. Deyirlər ki, öz həyatını haradan-haraya dəyişib. Bizdə isə həmin insanlar haqqında “kim olmusan ki?” deyirlər”.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button