Ölkə
İtkin şəhid Aydın Nuriyevlə vida mərasimi keçirildi

Göyçay rayonunda Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Aydın Nuriyevlə vida mərasimi keçirilib.
AZERFAX.AZ Report-a istinadən xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, Göyçay rayonunun rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Aydın Nəriman oğlu Nuriyev 1966-cı il noyabrın 4-də Göyçayın Mırtı kəndində anadan olub. 1992-ci il fevralın 26-da Xocalıda gedən döyüşlər zamanı itkin düşüb.
A.Nuriyev doğulduğu kəndin qəbiristanlığında dəfn ediləcək.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



