Ölkə

Kişilərin nəsli kəsilir, yox olacaqlar


“Kişi cinsini təyin edən Y xromosomu yavaş-yavaş yox olur, əcdad genlərinin 97 faizi tükənir”.

AZERFAX.AZ xəbər verir ki, bu iddia ilə avstraliyalı genetik Jenny Graves çıxış edib. Onun sözlərinə görə, genlərinin 97 faizini itirən Y xromosomu bir neçə milyon il ərzində tamamilə yox olacaq. Ancaq bəzi növlərdə Y xromosomu yox olsa belə, çoxalmanın davam etməsi mümkün olacaq.


Qeyd edək ki, qadınlarda XX, kişilərdə isə XY xromosomu birləşdikdə körpənin oğlan və ya qız olduğu təyin etmək mümkün olur. Atanın X xromosomu ananın X xromosomu ilə birləşdikdə uşaq qız, Y xromosomu ilə birləşəndə isə oğlan doğulur. X xromosomu Y xromosomundan daha böyükdür, yəni oğlan uşaqlarında anadan daha çox genetik material var.

Genetik insanların 5 və ya 6 milyon il sonra kişilərin nəslinin tükənəcəyindən narahat olmasından təəccübləndiyini ifadə edib: “Biz cəmi 0,1 milyon ildir insan olmuşuq. Söhbət 5-6 milyon ildən gedir, narahat olmağa dəyməz”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Back to top button