Ölkə

Məhəmməd Salah rekorda imza atdı


“Liverpul”un hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında klub rekordu müəyyənləşdirib.


AZERFAX.AZ xəbər verir ki, bu barədə “Opta Sports” statistik platforması məlumat yayıb. Misirli futbolçu dekabrın 13-də “Brayton”la oyunda məhsuldar ötürmə verərək Premyer Liqada “Liverpul” forması ilə ümumilikdə 277 qol və assistə imza atıb. Bununla da o, 276 göstəricisi olan Ueyn Runini geridə qoyub.

Qeyd edək ki, Salah bu mövsüm “Liverpul”un heyətində 20 oyunda 5 qol vurub, 3 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədərdir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button