Mikayıl Cabbarov Məhəmməd Saif Əl Suveydi ilə görüşfü

İqtisadiyyat naziri Mikayıl Cabbarov OPEC Beynəlxalq İnkişaf Fondunun (OPEC Fund) Forumunda iştirak çərçivəsində Ərəb Koordinasiya Qrupuna daxil olan Əbu-Dabi İnkişaf Fondunun (Abu Dhabi Fund for Development) baş direktoru Məhəmməd Saif Əl Suveydi ilə görüşüb.
AZERFAX.AZ xəbər verir ki, bunu nazir “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, görüşdə ölkəmizin əlverişli investisiya mühiti və iqtisadi potensialı vurğulanıb, enerji, infrastruktur, innovasiya və digər sahələrdə əməkdaşlıq məsələləri nəzərdən keçirilib, Fondun ölkəmizdə prioritet sahələrə sərmayə qoyuluşu imkanları müzakirə edilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.