Ölkə

Milli komandalarla bağlı inqilabi təklif


“Napoli”nin prezidenti Aurelio De Laurentiis milli komandalarla bağlı təklif irəli sürüb.


AZERFAX.AZ xəbər verir ki, o bildirib ki, 23 yaşından sonra futbolçular milli komandalara çağırılmalı deyil. Aurelio De Laurentis hazırkı cədvəldən və futbolçular üçün tələblərdən narazı olduğunu bildirib. Onun sözlərinə görə, futbolçuların mövsümdə 50-70 oyun keçirməsi artıq dayanıqlı deyil. “Napoli”nin prezidenti bildirib ki, həddindən artıq çox matç var və oyunçular artıq bu tempin öhdəsindən gələ bilməz.

De Laurentiis, gənc oyunçulara şans verilməli olduğunu ifadə edib. O, yaşlı futbolçuların milli komandada oynayarkən zədələnə və bundan onların oynadıqları liqaların zərər çəkə biləcəyini ifadə edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button