Ölkə

Moskvadan uçan təyyarə təcili eniş etdi


Türkiyənin Moskvadan Antalyaya uçan “Pegasus” aviaşirkətinə məxsus təyyarə əlverişsiz hava şəraiti səbəbindən Mersin şəhərindəki Çukurova hava limanına təcili eniş edib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Türkiyənin mülki aviasiya xəbər platforması “HavaSosyalMedya” məlumat verib.


Sinoptiklər əvvəllər bazar günü Antalyada güclü yağış, daşqın təhlükəsi və tufan ehtimalı barədə xəbərdarlıq ediblər.

Belə ki, “Pegasus”a məxsus “PC1577” reysini həyata keçirən “TC-NBO” qeydiyyat nömrəli “Airbus A320neo” təyyarəsi əlverişsiz hava şəraiti səbəbindən təyinat yerinə eniş edə bilməyib və Çukurovadakı alternativ aerodroma yönləndirilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button