Ölkə

​Nərimanovda yeraltı elektrik kabeli alışdı


Bakının Nərimanov rayonu ərazisində yeraltı elektrik kabelində yanğın baş verib.

AZERFAX.AZ-ın qaynar xəttinə daxil olan məlumata görə, hadisə axşam saatlarında qeydə alınıb. Hadisənin səbəbi hələlik məlum olmasa da, ilkin ehtimallara görə, elektrik naqillərindəki qısaqapanma yanğına səbəb olub.


Hadisə şahidlərinin verdiyi məlumata əsasən, yeraltından tüstü qalxmağa başlayıb və qısa müddət ərzində alov müşahidə olunub. Ərazidə yaşayan vətəndaşlar baş verənləri mobil telefonları ilə qeydə alaraq redaksiyamıza göndəriblər.

Hazırda hadisə yerinə aidiyyəti qurumların cəlb olunduğu və vəziyyətin nəzarətə götürüldüyü bildirilir. Yanğının daha geniş əraziyə yayılmasının qarşısının alındığı qeyd olunur.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button