İdman

Norveç İtaliyanı məğlub etdi, Monteneqro Çexiyaya uduzdu

2026-cı il dünya çempionatının Avropa zonası üzrə növbəti seçmə matçları keçirilib.
AZERFAX.AZ xəbər verir ki, 3 qrupda oynanılmış 6 qarşılaşma arasında Norveç – İtaliya diqqət mərkəzində olub. Oslo şəhərindəki “Ullevaal” stadionunda təşkil olunmuş matç meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb – 3:0.

Qrup mərhələsinə ağır məğlubiyyətlə başlayan İtaliya isə xalsız Moldova ilə bərabər son pillələrdə qərarlaşıb. “Qarabağ”ın futbolçuları Marko Veşoviç və Marko Yankoviç, “Neftçi”dən isə Edviç Kuçun yer aldığı Monteneqro millisi isə Çexiyanın qonağı olub. Görüş meydan sahiblərinin 2-0 qələbəsi ilə yekunlaşıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button