Qəzzaya humanitar yardım axını artdı

Birləşmiş Millətlər Təşkilatı Qəzzada atəşkəsin qüvvəyə minməsindən sonra humanitar yardım axınında əhəmiyyətli irəliləyişlərin əldə edildiyini açıqlayıb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisindən açıqlama verilib. Açıqlamada deyilir ki, BMT Qəzzada humanitar yardım fəaliyyətlərini artırmaq üçün səylərini davam etdirir. Açıqlamada Qəzzaya məcburi köçkün ailələri üçün ümumilikdə 190 ton humanitar yardımın paylanması üçün lazımi icazələrin alındığı qeyd edilib.
Qeyd edək ki, İsrail və HƏMAS ABŞ Prezidenti Donald Trampın təklif etdiyi Qəzza planını qəbul edib. Misirdə imzalanan razılaşmadan sorna Qəzzada atəşkəs elan edilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.