Ölkə

“Qalatasaray”ın istədiyi ulduz futbolçu seçimini etdi


“Bavariya”nın yarımmüdafiəçisi Leroy Sane karyerasını “Tottenhem”də davam etdirə bilər.


AZERFAX.AZ xəbər verir ki, futbolçunun nümayəndələri yarımmüdafiəçini İngiltərə klubuna təklif ediblər. Bildirilir ki, futbolçu Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-İttihad”ın 4 illik müqavilə qarşılığında 100 milyon avroluq təklifini rədd edib.

Qeyd edək ki, futbolçunun “Bavariya” ilə müqaviləsi mövsümün sonunda yekunlaşır. Tərəflər maddi məsələlərdə razılığa gələ bilməyiblər. İddialara görə, “Qalatasaray” klubu da futbolçunu transfer etmək istəyir. “Qalatasaray”ın futbolçuya “Bavariya”dan daha çox maaş təklif etdiyi irəli sürülür.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button