Qonşuda çovğun: 40 gün davam edəcək

Türkiyədə hava şəraiti kəskin dəyişəcək. Bəzi bölgələrdə fasiləsiz yağış və qar yağacaq. Ölkənin cənub-şərq bölgəsində havanın temperaturu -10 dərəcəyə düşəcək.
AZERFAX.AZ xəbər verir ki, bu açıqlama ilə Milli Hava Proqnozları Bürosu çıxış edib. Dekabrın 24-dən başlayaraq, havanın temperaturunun 10-12 dərəcə aşağı düşəcəyi bildirilib.
Verilən məlumata görə, soyuq hava şəraiti 40 gün davam edəcək. Qaradəniz bölgəsində fasiləsiz yağış yağacaq. Paytaxt Ankarada və ölkənin ən böyük şəhəri olan İstanbulda qeyri-sabit hava şəraiti hökm sürəcək. Ankarada gecələr havanın temperaturu -3 dərəcəyə qədər enəcək. İstanbulda sulu qar və qar yağacaq.
Şırnak-Bitlis-Mardində qar bir neçə gün davam edəcək. Çovğun olacaq, yollar buz bağlayacaq. Şaxtalı hava şəraiti bir neçə gün davam edəcək.
Mütəxəssislər fevralın 5-dən etibarən havanın tədricən mülayimləşəcəyini proqnozlaşdırırlar. Fevral ayında yağıntının miqdarı illik normaya uyğun olacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



