Qripə yoluxma halları artıb – Vətəndaşlara çağırış

AZERFAX.AZ xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə qarşıdan gələn Qurban bayramı və istirahət günlərində, xüsusilə risk qrupuna daxil olan şəxslərə aşağıdakı tövsiyələri verib:
Kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən (tibbi maskalardan) istifadə edin;
Əl gigiyenasına ciddi riayət edin;
Gündəlik qidalanmada vitaminlərlə zəngin ərzaqlara üstünlük verin;
Geyim seçimində mövsümü deyil, hava şəraitini nəzərə alın.
Səhiyyə Nazirliyi hər bir vətəndaşı sağlamlığına xüsusi diqqət və məsuliyyətlə yanaşmağa, həmçinin özünü və ətrafındakıları xəstəliklərdən qorumağa çağırır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.