Rafiz İsmayılov vəfat etdi – FOTO

Azərbaycanın xalq rəssamı Rafiz İsmayılov 86 yaşında vəfat edib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Film Fondunun kinoarxiv şöbəsinin müdiri Rəşad Qasımov məlumat yayıb.
“Azərbaycan kinosu Rafiz İsmayılovunu itirdi… Çox təəssüf! Allah rəhmət eləsin!”, – deyə o bildirib.
Qeyd edək ki, R.İsmayılov 1939-cu il martın 30-da Bakı şəhərində anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirdikdən sonra Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsində təhsil alıb. O, 1972-ci ildən “Azərbaycanfilm” kinostudiyasında işə başlayıb, onlarla bədii filmlə yanaşı, teatr tamaşalarının və bir neçə animasiya filminin quruluşçu rəssamı kimi çalışıb. 2000-ci ildə “Xalq rəssamı” fəxri adına layiq görülüb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.