Ölkə

Rusiya ordusu Ukraynada irəliləyir


Rusiya ordusu Ukraynanın Sumı və Xarkov vilayətlərində daha iki yaşayış məntəqəsini nəzarətə götürüb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Rusiya ordusunun “Sever” (Şimal) Hərbi Qrupunun bölmələri düşmənin müdafiəsinə doğru irəliləyərək Sumı vilayətinin Novonikolayevka kəndini Ukrayna birləşmələrindən təmizləyib. “Zapad” (Qərb) Hərbi Qrupunun bölmələri isə Xarkov vilayətinin Dolqenkoye qəsəbəsini nəzarətə götürüb.


Bildirilir ki, Ukraynada 147 nöqtəyə döyüş təyyarələri, pilotsuz uçuş aparatları və raketlərlə həyata keçirilən hücum nəticəsində PUA zavod və anbarları, sursat anbarları və Ukrayna əsgərlərinin və xarici muzdluların cəmləşdiyi yerlər məhv edilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button