Dünya
Quterreş ABŞ-yə xəbərdarlıq etdi

BMT-nin baş katibi Quterreş İsrail və İran arasında hərbi eskalasiyadan narahat olduğunu ifadə edib.
AZERFAX.AZ xəbər verir ki, mətbuat konfransında Baş katibin sözçüsü Stefan Düjarrik Quterreşin yazılı açıqlamasını oxuyub. Quterreş ictimaiyyəti münaqişənin beynəlxalq hal almadan qarşısını almağa çağırıb.
BMT-nin Baş Katibi ad çəkmədən ABŞ-yə xəbərdarlıq edərək: “İstənilən əlavə hərbi müdaxilə təkcə iştirak edənlər üçün deyil, bütün region və ümumilikdə beynəlxalq sülh və təhlükəsizlik üçün böyük nəticələrə səbəb ola bilər” – deyə bildirib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.