Ölkə

Bu ölkə dənizin dərinliyində yeni qaz ehtiyatı tapdı

Misir Neft Nazirliyi ABŞ-ın “Chevron” şirkəti ilə əməkdaşlıq çərçivəsində Aralıq dənizində yerləşən “Nergis 2” təbii qaz quyusunda aparılan qazma işlərinin müsbət nəticələr verdiyini açıqlayıb.

AZERFAX.AZ xəbərə verir ki, nazirliyin yazılı açıqlamasında bildirilib ki, qazma nəticələri daha əvvəl “Nergis 1” quyusunda aşkarlanan qaz laylarının daha geniş əraziyə yayıldığını göstərib. Bundan əlavə, yüksək ehtiyat xüsusiyyətlərinə malik yeni qaz layı da aşkar edilib.

May ayında başlanılan qazma işlərinin məqsədi 2022-ci ildə kəşf edilmiş “Nergis” yatağının yeraltı davamını qiymətləndirmək, qaz ehtiyatlarının həcmini və istifadə potensialını müəyyənləşdirməkdir.

Məlumata görə, quyunun dərinliyi 5 min metri ötüb. Aparılan qiymətləndirmələr nəticəsində ümumi qalınlığı 35 metrə çatan qaz laylarının mövcudluğu müəyyən edilib.

Bununla belə, yeni quyudakı qaz ehtiyatlarının həcmi və kommersiya məqsədli hasilatın nə vaxt başlanacağı barədə hələlik məlumat verilməyib.

“Nergis” yatağının işlənməsi “Chevron” şirkəti tərəfindən İtaliyanın “Eni”, Birləşmiş Ərəb Əmirliklərinin “Mubadala” və Misirin “Tharwa Petroleum” şirkətlərinin tərəfdaşlığı, eləcə də Misirin Təbii Qaz Holdinq Şirkəti (EGAS) ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Related Articles

Bir cavab yazın

Back to top button