Ölkə
Bakıda davada qətl törədib qaçan Elmar dünya çempionu imiş


Bakıda ölümlə nəticələnən kütləvi davada Ceyhun adlı şəxsi qətlə yetirib hadisə yerindən qaçan MMA idman ustası Elmar Cəfərov haqqında bəzi detallar məlum olub.
AZERFAX.AZ “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, 2015-ci ildə Antalya şəhərində Kempo əlbəyaxa döyüş növü üzrə dünya çempionu, 2018-ci ildə Bakıda Budo əlbəyaxa döyüş növü üzrə dünya kubokunun sahibi olub.
Qeyd edək ki, Elmarla birgə “Sabunçu Emin” də hadisə yerindən qaçıb gizlənmişdi.
Hadisəni törədib qaçan şəxslər DTX-nin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar.
Qeyd edək ki, hadisənin baş verdiyi ərazidə görüşü deputat Arzuxan Əlizadənin oğlu Əhməd təşkil edibmiş.
Deputatın oğlu da daxil olmaqla hadisə ilə bağlı 9 nəfər saxlanılıb.



